İzmirdə zəlzələ olub: Xəsarət alanlar var - FOTO

İzmirdə zəlzələ olub: Xəsarət alanlar var - FOTO
Siyasət 167

Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub.

BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tvitter hesabında yazıb.

“(Yerli vaxtla - red.) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb. Zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə nazir qeyd edib.

Son xəbərlər