Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Daxili İşlər Nazirliyi pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etmiş şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların da vəzifələri artırılıb.
Bu vəzifələr sırasına cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görmək daxil edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...