Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə ezam olunublar
Yeniliklərdən dərhal xəbərdar olun
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.
Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.
Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...