Danimarkada bomba təhlükəsinə görə, hava limanı boşaldılıb və uçuşlar ləğv edilib
Danimarkada ölkənin ikinci ən böyük hava limanı olan Billund Beynəlxalq Hava Limanında bomba təhlükəsi ilə bağlı bir şübhəlinin həbs edildiyi bildirilib.
Təhlükədən sonra Danimarkanın mərkəzi qərbindəki hava limanı boşaldılıb və uçuşlar ləğv edilib.
Polis müfəttişi Maykl Vays açıqlamasında "Evakuasiya sakit və gözlənildiyi kimi davam etdi və sərnişinlər bizim göstərişlərimizə əməl etdilər" deyib.
Polis hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Yerli media bildirir ki, polis hava limanı hadisəsi ilə yaxınlıqdakı Legoland əyləncə mərkəzində səhər tezdən bankomat partlaması arasında potensial əlaqəni araşdırır.//Apa
Oxşar xəbərlər
Yaponiya Tayvan yaxınlığında baş verən zəlzələdən sonra sunami xəbərdarlığını ləğv edib
Səhər saatlarında Tayvan sahillərində baş verən 7,7 bal gücündə zəlzələ ölkənin cənub-qərbindəki Yapon adaları yaxınlığında kiçik sunamiyə səbəb olub və Okinava...