Danimarka Şimal dənizindəki qaz yatağı yaxınlığında PUA-ların aktivliyini aşkar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarka polisi Şimal dənizindəki “Roar” qaz yatağının yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) aktivliyini aşkar edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, bu təbii qaz yatağı Fransanın “TotalEnergies” şirkəti tərəfindən idarə olunur.
“Şimal axını” layihələri ilə bağlı baş verən insidentlərdən sonra Danimarka enerji və qaz sektorlarına nəzarəti gücləndirib.
Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində təzyiq aşağı düşüb. Bu kəmərlərdə təbii qaz sızıntısı aşkar olunub. İsveç və Danimarka bunun partlayışlar nəticəsində baş verdiyini bəyan edib.
Oxşar xəbərlər
Reuters: Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə PUA satıb
Türkiyənin "Baykar" şirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 20 silahlı pilotsuz uçuş aparatı (PUA) satıb. BAKU.WS xəbər verir ki, bu barədə "Reuters"ə mənbəl...