Danimarka Quranı yandıranlara həbs cəzası verilməsini istəyir
Danimarka hökuməti ölkədə Quranın yandırılmasını cinayət hesab edən qanun qəbul etmək istəyir. Bu hərəkətə görə insanlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard bildirib.
“Hökumət dini icma üçün vacib olan əşyalarla uyğunsuz davranışı qadağan edən qanun təklif edəcək”, - P.Hummelqaard deyib.
Nazir əlavə edib ki, Quran, İncil və ya Tövratın yandırılması qanunsuz olacaq.
Hökumət, həmçinin Danimarkada Quranın yandırılmasının qadağan edilməsinin söz azadlığını pozacağını bildirən bəzi müxalifət partiyalarının etirazlarını rədd edib.
"Hesab edirəm ki, öz düşüncəni ifadə etmək üçün əşyaları yandırmaqdan daha sivil yollar var”, - P.Hummelqaard deyib.
Oxşar xəbərlər
"Quran"ın yandırılmasına qarşı çıxan qadına polisdən sərt davranış - VİDEO
Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına hücum edib. BAKU.WS xəbər veri ki, bu barədə görüntüləri "Yeni Şafak" yayıb. Belə ki, d...