Daha bir yaşayış məntəqəsinə Ukrayna bayrağı sancılıb

Daha bir yaşayış məntəqəsinə Ukrayna bayrağı sancılıb
Siyasət 100

Ukrayna müdafiəçiləri Donetsk vilayətində irəliləməyə davam edir.

BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadası Donetsk vilayətinin Strojevoe kəndini azad etdiklərini açıqlayıb.

Məlumata görə, qəsəbə 2022-ci ilin martından işğal altındadır.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Qəsəbənin işğaldan azad edilməsini Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib.

Son xəbərlər