Daha bir Vətən müharibəsi şəhidi dəfn olunub - FOTO
17
fev
2021
16:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində itkin düşən, ötən gün isə şəhid olduğu xəbəri gələn hərbçimiz Anar Nurullayev bu gün torpağa tapşırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd edilib ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, icra başçısı və digər rəsmi şəxslər iştirak ediblər.
Şəhid Anar Nurullayev doğulduğu Osmanlı kəndində torpağa tapşırılıb.
Xatırladaq ki, A.Nurullayev kiçik çavuş rütbəsində olub, yaxınları onunla sonuncu dəfə sentyabrın 30-da əlaqə yaradıblar.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...