Daha bir təyyarə qəzası - Zavoda çırpıldı - VİDEO
Argentinada “Cessna 152” təyyarəsi ölkənin ən böyük enerji operatoru “Air Liquide” şirkətinin oksigen zavoduna çırpılaraq kameralara tuş gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Continental məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində pilotu xilas etmək mümkün olmayıb.
Təyyarə qəzası Alvear yaxınlığında baş verib. Təyyarə qəzaya uğradıqdan dərhal sonra zavodda yanğın başlayıb və 15 dəqiqə ərzində yanğının qarşısı alınıb. Qəza yerinin yaxınlığındakı anbarda saxlanılan maye oksigenin alışma riski ilə əlaqədar zavodun və qonşu obyektin işçiləri təxliyə edilib.
Şahidlərin sözlərinə görə, qəza zamanı təyyarənin mühərriki yanacağın bitdiyini ehtimal edən xarakterik səs çıxarıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...