Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırdı

Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırdı
Siyasət 221

Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.

BAKU.WS bu barədə "Reuters"-a istinadən xəbər verir.

Təşkilata üzv ölkələrin xüsusi şurası Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişini, o cümlədən bütün məlumat mübadiləsini və kadr hazırlığını dayandırmaq qərarına gəlib.

EUMETSAT - Darmştadtda yerləşən hökumətlərarası təşkilatdır.

O, peyklərin buraxılması və istismarı, peyk məlumatlarının istifadəçilərə çatdırılması üçün məsuliyyət daşıyır.

Son xəbərlər