Daha bir ölkə Qarabağdakı “seçkiləri” qanunsuz adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı qondarma “seçkilər”lə bağlı bəyanat verib.
BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla davamlı həllinə dəstək verə biləcək yeganə format olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verməyə sadiq olduqları bildirilir.
“Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçı bölgəsində 31 mart 2020-ci il tarixində keçirilmiş qondarma “seçkilər”i qanunsuz hesab edərək bunun həmin münaqişənin dinc və razılıq yolu ilə həllinin tapılması prosesinə xələl gətirməyəcəyinə əmin olduğunu bildirir”, - Rumıniya XİN-in bəyanatında qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan XİN 2019-cu ilin yekunlarına dair hesabatı açıqlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi 2019-cu ilin yekunlarına dair hazırladığı hesabatı açıqlayıb. BAKU.WS XİN-ə istinadən hesabatda təqdim edir: "Ötən 2019-cu i...