Daha bir ölkə Azərbaycanda səfirlik açacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bosniya və Herseqovinanın Azərbaycanda səfirliyi açılacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın Prezident Ofisi yeni diplomatik və konsulluq nümayəndəliklərinin açılması üçün ölkənin Xarici İşlər Nazirliyinin əsaslandırma planı və təhlilinə istinad edərək qərar qəbul edib.
Azərbaycanla yanaşı, Keniya, Slovakiya, Braziliya, Əlcəzair, Mərakeş və Tunisdə də Bosniya və Herseqovinanın səfirlikləri açılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina Respublikasının iqamətgahı Ankarada olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri fəaliyyət göstərir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...