Daha bir əsir Azərbaycana qaytarıldı

Daha bir əsir Azərbaycana qaytarıldı
Siyasət 826
Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov məlumat verib.Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.Qeyd edək ki, Rusiya sülhməramlılarının vasitəçiliyilə 2020-ci ilin dekabrın 14 və 28-də də əsirlərin mübadiləsi baş tutub.

Son xəbərlər