Dağıstanın Daxili işlər nazirinin müavini saxlanıldı

Dağıstanın Daxili işlər nazirinin müavini saxlanıldı
Siyasət 5

Rusiyanın Təhlükəsizlik Xidməti (FTX) Dağıstan Daxili İşlər nazirinin müavini Rüfət İsmayılovu saxlayıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb. O, rüşvət almaqda şübhəli bilinir.

DİN-in istintaq idarəsinin rəis müavini Dalqat Abdulqapurovla birlikdə Rüfət İsmayılov dindirilmək üçün Moskvaya göndərilib.

Nazir müavininin evində və iş otağında axtarışlar aparılıb. Həbs xəbəri Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı araşdırma fonunda yayılıb.

Son xəbərlər