Dağıntılar altında qalan 13 yaşlı qız: “Çıxmağıma mane olursa, ayağımı kəsin!” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədəki 7,7 bal gücündəki zəlzələdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət bölgəsində yerləşən Adıyamanda bina uçqununda qalan 13 yaşlı Esmanın ayaqları iki divanın arasına ilişib.
Xilasedicilər onu qurtarmağa çalışarkən Esma, “Əgər buradan çıxmağıma mane olursa, ayağımı kəsin”, - deyə söyləyib.
Azyaşlının bu sözləri hər kəsi kövrəldib. Xilasedicilər onu dağıntıların altından çıxarmaq üçün 9 saat sərf ediblər. Nəticədə Esma bina uçqunundan sağ çıxıb.
Dayısı onu xilas edən əməkdaşlara təşəkkür edərək bu yaxşılıqlarını unutmayacağını deyib.
Qalereya
Oxşar xəbərlər
227 saat sonra dağıntılar altından 74 yaşlı qadın çıxarılıb
Türkiyədə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir. BAKU.WS xəbər verir ki, Kahramanmaraş bölgəsində 74 yaşlı qadın bina uçqunundan xil...