İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu

İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu
Siyasət 4082
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib.BAKU.WS-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən, Əsasnamənin 4.11.15-ci yarımbəndi ləğv edilib. Həmçinin 4.18.2-ci yarımbənddən “4.11.15-ci,” sözləri çıxarılıb. Beləliklə, Azərbaycanda yerli icra hakimiyyəti orqanları reklam fəaliyyəti ilə məşğul olmaq - küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyətini itirib.Qeyd edək ki, 2017-ci il iyunun 20-də Prezident İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək.Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.BAKU.WS

Oxşar xəbərlər

Xadimələrin aylıq vəzifə maaşları artırılıb

Xadimələrin aylıq vəzifə maaşları artırılıb

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) vəzifə maaş...

3914 Sosial 23:55 09 fevral 2018

Son xəbərlər