COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur
Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi.
BAKU.WS xəbər verir ki, bunları Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb:
"Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".
https://www.instagram.com/reel/DEiI9iJqwx3/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==
Oxşar xəbərlər
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllı Rayon Polis Şöbəsində vətəndaş qəbulu və sıra baxışı keçirib. Bu barədə BAKU.WS-ə Daxili İşlər N...