Çinin Baş prokuroru: Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır
Çin və Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdırlar, ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm tərkib hissəsidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanma mərasimində deyib.
O bildirib ki, imzalanan memorandum ikitərəfli əməkdaşlıqla bağlı yeni mərhələyə qədəm qoyub:
'Bir qədər əvvəl Baş prokuror Kamran Əliyev məni Prokurorluğun yaradılmasının 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif etdi. Bu, Azərbaycan Baş Prokurorluğunun Çin Baş prokurorluğu ilə çox dərin dostluq münasibətlərinə malik olduğunu və iki qurum arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini göstərir".
Oxşar xəbərlər
Bişkekdə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatıb
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü başa çatıb. BAKU.WS xəbər verir k...