Çingiz Qurbanovun şəhadətindən 1 il ötür
29
dek
2017
12:29
2016-cı ildə Ermənistan hərbçilərinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Çingiz Qurbanovun ölümündən 1 il ötür.Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşüb və şəhid olub.Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi nəhayət 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verib.Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutub. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və bir sıra digər rəsmi şəxslər qatılıb.Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanına son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.2017-cı ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.Fevralın 9-da isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul edib. İlham Əliyev qəbulun sonunda şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderini təqdim edib.BAKU.WS
Oxşar xəbərlər
Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı
Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda 3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib. Bu barədə şəh...