Cinayət Məcəlləsinə şəhidi alçaldanların cəzalandırılması ilə bağlı maddənin əlavə edilməsi təklif olunub

04
may
2021
11:23
Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”, - deputat bildirib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
