Çin səfirliyindən Azərbaycan vətəndaşlarına qəribə tələb
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi azərbaycanlı iş adamlarının fəaliyyətinə problem yaradır. Belə ki, viza üşün müraciət edən şəxslərə səfirlikdən bildirilib ki, müraciətlərə baxılması üçün azı beş nəfər müraciətçi olmalıdır.
BAKU.WS-in məlumatlına görə, vu barədə Bizimyol.info saytına eyni vəziyyətlə qarşılaçşan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, bu qayda onların işinə ağır zərbə vurur: "Biz adətən ticarət üçün, mal gətirmək məqsədilə Çinə səfər edirik. Bunun üçün isə əvvəlcədən gün müəyyənləşdirir, bilet alırıq. Viza üçün səfirliyə müraciət edəndə isə bildirirlər ki, gərək ən azı 5 nəfər yığılsın ki, vizalara baxılsın və verilsin. Bu isə bir çox hallarda bizim işimizlə bağlı ləngimələrə səbəb olur. Məsələn, beş nəfərin yığılması bəzən bir neçə gün çəkir ki, bu da bütün planları alt-üst edir” – deyə sahibkar bildirir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən mövqe öyrənmək istəsək də, telefon zənglərimizə cavab verilmədi.
BAKU.WS
Oxşar xəbərlər
Xaricə getmək istəyənlərin diqqətinə: Vizaların qiyməti (SİYAHI)
Ölkəmizə gələn turistlərin sayı artdığı kimi, xaricə gedən vətəndaşlarımız da az olmur. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ötən il Gürcüstana...