Xaricə getmək istəyənlərin diqqətinə: Vizaların qiyməti (SİYAHI)
Ölkəmizə gələn turistlərin sayı artdığı kimi, xaricə gedən vətəndaşlarımız da az olmur. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ötən il Gürcüstana gedən turistlər arasında azərbaycanlılar çoxluq təşkil edib.
Fins.az Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrin viza rüsumlarını təqdim edib.
Turizm üzrə ekspert Ülfanə Mahmudova Şengen ölkələrinə daxil olan dövlətlərə viza rüsumunun 35 avro olduğunu bildirib:
"Amma Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyil”.
Həmin ölkələrə viza rüsumları belədir:
Bolqarıstan – 60 avro
Rumıniya – 60 avro
Böyük Britaniya – 130 dollar
Bəzi Avropa ölkələrinin ölkəmizdəki konsulluqlarından başqa viza alınması üçün xidmət göstərən mərkəzlər də var. Həmin mərkəzlərdə göstərilən xidmətlərə görə, əlavə 25 avro ödəməli olacaqsınız. Bu İtaliya, Fransa və digər bəzi Avropa ölkələridir.
Ərəb ölkələrinə gedərkən viza almaq bir qədər ucuz başa gəlir.
Birləşmiş Ərəb Əmirliyi – 75 dollar
Misir – 40 dollar
Əgər Birləşmiş Ərəb Əmirliyinə viza alarkən hoteldə bron edirsinizsə, o zaman 75 dollar ödəməlisiniz. Ancaq təkcə viza almaq üçün 100 dollar rüsum ödənməlidir.
Misirin Şarm-əl-Şeyx istirahət mərkəzinə səfər edirsinizsə, o zaman Misirdə hava limanında 25 dollar ödəməklə viza əldə edə bilərsiniz.
Amma Qahirəyə və ya digər qeyri-turistik şəhərlərə səyahət etməyi planlaşdırırsınızsa, o zaman viza rüsumu üçün 40 dollar ödəməli olacaqsınız.
ABŞ – 160 dollar
Kanada – 100 Kanada dolları – (76.41 ABŞ dollar)
Məlumat üçün bildirək ki, Kanadaya viza almaq üçün "VSF” şirkətinin xidmətlərindən yararlanmaq üçün əlavə 114 manat ödəməlisiniz.
Braziliyaya viza rüsumu isə 20 dollardır.
Ü.Mahmudova Sinqapura vizanın online əldə etməyin mümkün olduğunu bildirib. Bu zaman isə rüsum 50 dollar olur. Hazırda rusiyalı turistlərin ən çox üz tutduğu ölkələr arasında lider olan Tailanda viza isə 40 dollardır.
Azərbaycanlıların ən çətin viza ala biləcəyi ölkə isə Çindir. Belə ki, Çinin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, bu ölkəyə 2 cür viza almaq olar. Bunlar biznes və turistik vizadır.
Lakin Çinə getmək istəyirsinizsə, özünüzdən əlavə minimum 3 nəfər şəxs tapmalısınız ki, Çinə səfər etsin.
Belə ki, ötən ilin iyulundan tətbiq edilən qaydalara əsasən, Çinə turist kimi getmək istəyənlər 4 nəfərdən az olmamalıdır. Çin vizasının rüsumu isə bir nəfər üçün 40 dollardır.
Bu viza 30 gün müddətinə verilir və onunla bir dəfə gediş-gəliş etmək olur. Çinə ən çox viza 6 ay müddətinə verilir. Amma mütləqdir ki, bu müddət ərzində Çinə ən azı 2 dəfə səfər edəsiniz. Bunun üçün viza rüsumu 60 dollardır.
Honqkonqa 14 günlük viza rüsumu isə 30 dollar müəyyən olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarının ABŞ-a viza alması çətinləşdi - YENİ TƏLİMAT
ABŞ-ın yeni prezidenti Donald Trampın ölkəsinin miqrasiya siyasətini sərtləşdirən sərəncamından sonra bir sıra ölkələrin vətəndaşlarına viza verilməsinə qadağa...