Çində nəsli kəsilməkdə olan bu heyvanlar klonlanlaşdırıldı

Çində nəsli kəsilməkdə olan bu heyvanlar klonlanlaşdırıldı
Siyasət 5

Çinli mütəxəssislər ölkənin cənub-qərbindəki Tibet yüksəkliklərində yaşayan və nəsli kəsilməkdə olan Zhangmu, Apeijiaza cinslərindən olan buzovları klonlaşdırıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hesabatda deyilir ki, hər cinsdən dörd erkək buzov Yunyang qraflığında (Çonqinq Bələdiyyəsi, Cənub-Qərbi Çin) klonlaşdırılıb.

“Bu dünyada ilk uğurlu klonlaşdırılma olub”- deyə, materialda qeyd edilir.

Bu cins öküzlərin çox az sayda sürüləri Çin Xalq Respublikasının Tibet ərazisində, dəniz səviyyəsindən təxminən 3,5 min metr yüksəklikdə, Sinxay-Tibet platosunda saxlanılır.

Daha əvvəl Çin KİV-i ildə 18 ton süd verə bilən yüksək məhsuldarlıqlı Holştin inək cinsinin klonlaşdırılması barədə məlumat yayıb.

"Global Times" qəzetinin məlumatına görə, Çinin Şimal-Qərb Kənd Təsərrüfatı Universitetinin alimləri somatik hüceyrə nüvələrinin köçürülməsi üsulu ilə üç buzov klonlaşdırıblar.

Onlar heyvanın qulaq toxumalarından istifadə ediblər. Son illərdə Çin alimləri donuzlar, atlar, pişiklər və itlər üzərində digər klonlaşdırma təcrübələri də aparıblar.

Son xəbərlər