Çində metro su ilə doldu, ölənlər və yaralılar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Çjençjou şəhərində yağan aramsız yağışlar nəticəsində metronun tuneli su ilə dolub.
Bu barədə BAKU.WS “Report”a istinadən xəbər verir.
Güclü yağışlar səbəbindən şəhər metrosunun beşinci xəttinin üstündəki dayanacaqda su yığılıb. Su vaqonların hərəkət etdiyi tunelə daxil olub.
Rəhbərlik təcili olaraq metroya cərəyanın verilməsini dayandırıb, lakin vaqonlardan biri su ilə dolu tuneldə qalıb. 500 nəfərə yaxın şəxs təxliyə edilsə də, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Xilsaetmə əməliyyatı zamanı 5 nəfər yaralanıb. Sinoptiklərin məlumatına görə, şəhərdə yağışlı hava davam edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...