Çində koronavirusdan ölənlərin sayı sürətlə artır - 44 nəfər öldü, 327 nəfər virusa yoluxdu

Çində koronavirusdan ölənlərin sayı sürətlə artır -  44 nəfər öldü, 327 nəfər virusa yoluxdu
Siyasət 476

Çində yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 2790-a çatıb.

BAKU.WS Euronews-a istinadla xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının verdiyi yazılı açıqlamada qeyd olunub.

Son 24 saatda 44 nəfər ölüb, 327 nəfər isə yeni Kovid-19 virusuna yoluxub.

Ötən gün ərzində ölən 44 nəfərin 41-i Covid-19-un episentri olan Hubey vilayətində yaşayanlardır. Bu çərçivədə ölənlərin ümumi sayı 2790-a yüksəlib.

Virusa yoluxanların sayı isə 78 824-ə çatıb.

Son xəbərlər