Çində kişi pəncərədən yıxılan uşağı havada tutdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çində yerli sakin pəncərədən yıxılan uşağı havada tutub.
Baş verənlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Quandun əyalətində baş verib.
Kadrlardan görünür ki, avtomobilinə əyləşməyə hazırlaşan gənc qışqırıq eşidir və başını səs gələn tərəfə - yuxarı qaldırır. Bu zaman uşağın yıxıldığını görən kişi əllərini açaraq uşağı havada tutmağa çalışır.
Uşaq xəsarət almayıb, ancaq onu xilas edən şəxsin əzələsi dartılıb.
“Uşağın təhlükəsizliyi ən vacib şeydir. Gələcəkdə yenidən oxşar vəziyyətin şahidi olsam, yenə köməyə gedərəm”, - deyə kişi baş verənlər barədə danışıb.//oxu.az
Oxşar xəbərlər
“5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər açıqlandı
Çinin Quandun əyalətində yerləşən Şençjen dünyada beşinci nəsil mobil rabitə şəbəkəsi ilə tam əhatə edilən ilk şəhər olub. Bu barədə şəhər administrasiyasının r...