Çində dəhşətli yanğın - 42 mərtəbəli bina külə döndü - VİDEO

Çində dəhşətli yanğın - 42 mərtəbəli bina külə döndü - VİDEO
Video
Siyasət 195

Çinin cənubundakı Hunan əyalətində 200 metr uzunluğunda binada güclü yanğın baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Hunan əyalətinin paytaxtı Çanşa şəhərinin mərkəzində Çinin dövlət telekommunikasiya şirkəti "China Telecom"un binasında yanğın baş verib.

Bir anda alovlara qərq olan 42 mərtəbəli binanın tüstüsü səmada sıx və qara təbəqə əmələ gətirib.

Məlumatlarda ölən və xəsarət alanlar haqqında heç bir açıqlama verilməyib.

Son xəbərlər