Çin "Starlink"in analoqunu işə salmağa başladı
Çin ABŞ-nin "SpaceX" şirkətinin "Starlink" peyk sisteminin analoqu olan "Qianfan" (“Min Yelkən”) adlı peyk qrupunu orbitə buraxmağa başlayıb.
Bu barədə “ArsTechnica” yazıb.
"Şanxay Spacecom Satellite Technology "(SSST) şirkətinə məxsus olan qrupun ilk 18 kosmik aparatı Çinin Şansi əyalətində yerləşən Taiyuan kosmodromundan 6 avqust tarixində "Long March 6A" raketi ilə Yer ətrafı orbitə buraxılıb.
Çin tərəfinin məlumatına görə, "Qianfan" qrupuna ümumilikdə 1296 peyk daxil olacaq və bunlar təxminən 1160 kilometr yüksəklikdə orbitə yerləşdiriləcək. SSST 2025-ci ilin sonuna qədər 648 peykin buraxılışını planlaşdırır.
Oxşar xəbərlər
Türkiyə Aya missiya üçün unikal hibrid raket yaradacaq
Türkiyə 2023-cü ildə Aya pilotsuz kosmik aparatı çatdırmağa imkan verəcək hibrid raket üzərində çalışır. BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, bu barədə...