Çin nüvə arsenalını sürətlə artırır

17
iyn
2024
17:36
Çin nüvə başlıqlarının sayını artırır. 2030-cu ilə qədər göstəriciləri ABŞ və Rusiya ilə bərabər ola bilər.
“Report” xəbər verir ki, bu barədə “The Hill” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına istinadən məlumat yayıb.
“İnstitutun hesablamalarına görə, 2030-cu ilə qədər Çinin aktiv qitələrarası nüvə raketləri arsenalı ABŞ və Rusiyanın göstəricilərinə çata bilər”, - məlumat verilib.
Qeyd edilib ki, 2023-cü ildə Çinin hazır vəziyyətdə olan nüvə silahı ehtiyatı 410-dan 500-ə yaxın artıb.
Oxşar xəbərlər
İran və İsrailin orduları nə qədər güclüdür? Tehranın ən zəif yeri... - FOTO
İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olmasıdır. BAKU.WS hər iki ölkənin orduları h...
