Çin kosmosa 7 yeni peyk buraxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çin ölkənin şimal-qərbindəki Cyucuan Kosmik Mərkəzindən “CERES-1 Y7” raket daşıyıcı aparatının buraxılışını uğurla həyata keçirib.
“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 12:03-də buraxılışı həyata keçirilmiş kommersiya raketinin göyərtəsində 7 peyk olub.
Onların arasında hiperspektral, infraqırmızı və panxromatik kameralarla təchiz edilmiş “Xiguang-1 01” peyki də var. Ondan Yerin müşahidəsi, təbii ehtiyatların saxlanması, kənd təsərrüfatı, meşə təsərrüfatı və fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.
Oxşar xəbərlər
Çin ilk mülki astronavtı kosmosa göndərdi
Çin bu gün “Shenzhou-16” idarə olunan kosmik gəmisi ilə ilk mülki astronavtı kosmosa göndərib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu, Çin üçün tarix...