Çin Aİ Şurası Prezidentinin video-müraciətinin televiziyada yayımını dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Çin hakimiyyəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.
Bidirilib ki, Aİ liderinin müraciəti sərginin açılış hissəsində yayılmalı imiş. Ş.Mişel video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edərək Avropa İttifaqının Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.
O, Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.
Ş.Mişelin sözçüsü Barend Leyts “Reuters”ə bildirib ki, onlar Pekin səlahiyyətlilərinin tələbi ilə Aİ Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. O, video-müraciəti adi diplomatik kanallar vasitəsilə göndərdiklərini də söyləyib. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.
Çin rəsmiləri isə yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyiblər.
Oxşar xəbərlər
Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Avr...