Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiya ABŞ-dən yeni helikopterlər alır və köhnə "Mi-24V"ləri istismardan çıxararaq Ukraynaya təhvil verməyi planlaşdırır.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.
Onun sözlərinə görə, ABŞ-dən UH-1Y Venom və AH-1Z Viper helikopterləri alacaq.
Baş Qərargah rəisi Karel Rzeka bildirib ki, NATO və Çexiya Rusiyanın hərəkətlərinə reaksiya verir.
Onun sözlərinə görə, ordu əsas diqqəti döyüş qabiliyyətinə və yüksək hazırlıq səviyyəsinə yönəltməlidir. Rzeka əlavə edib ki, Çexiya mümkün qədər tez sovet istehsalı olan texnologiyadan asılılıqdan qurtulmalıdır.
Oxşar xəbərlər
Latviya bütün döyüş helikopterlərini Ukraynaya təhvil verəcək
Latviyanın baş naziri Krisjanis Karins deyib ki, Riqa bütün döyüş helikopterlərini Kiyevə təhvil verməyi başa çatdırmağı planlaşdırır. BAKU.WS "report"a istinad...