ABŞ Ukraynaya Mi-17 helikopterlərini göndərir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatları Ukraynaya Mi-17 helikopterlərini göndərir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.
“Ukrayna üçün Mi-17-lər artıq ABŞ Hərbi Hava Qüvvələri bazasında təyyarələrə yüklənir ”, - o bildirib.
Qeyd edək ki, ABŞ Əfqanıstana göndərilməsi nəzərdə tutulan Mi-17 helikopterlərini Ukraynaya təhvil vermək planlarını açıqlamışdı.
İlk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilən Mi-17 helikopteri Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12 000 ədəddən çox istehsal edilib.
“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.
Qalereya
Oxşar xəbərlər
Zelenski və Conson ağır silahların tədarükü ilə bağlı razılığa gəliblər
Böyük Britaniya Ukraynanı ağır silahlarla təmin edəcək. BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqr...