Çay paketləri haqqında VACİB MƏLUMAT: Bu forması təhlükə yaradır
Alimlər torbalı çayın xərçəngin inkişafına səbəb ola biləcəyini aşkar ediblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qablaşdırılmış çay içmək ölümcül təhlükəyə - xərçəngin inkişafına səbəb ola bilər.
Belə bir paket çayı 95 dərəcəyə qədər qızdırılan su ilə dəmlədikdə fincanda təxminən 11 milyard mikroplastik hissəcik əmələ gəlir.
Araşdırmalara görə, təhlükəli olan çayın özü deyil, qablaşdırmasıdır, xüsusən də piramidalı çay paketləri.
Təcrübələr göstərir ki, belə çay paketləri dəmlənərkən 11 milyard mikroplastik hissəcik buraxır. Sonradan bədəndə, o cümlədən qanda, qaraciyərdə və böyrəklərdə yerləşərək toplanır və xərçəngin inkişafına səbəb olur.
Alimlər qeyd ediblər ki, sadə bir ədəd paket çay istehlak etmək orqanizmə zərər verməyəcək.
Amma piramidalı torbalarda olan çayların düzgün istifadə edilməməsi ciddi təhlükə yaradır.
Oxşar xəbərlər
Plastik butulkalardan içilən su: Xərçəng yaradan nanoplastik hissəciklər...
Yeni araşdırmalara görə, plastik su şüşələrində yüz minlərlə zəhərli mikroskopik plastik hissəciklər var. BAKU.WS-in məlumatına görə, bu barədə "Daily Mail" yaz...