Çamlıca Qülləsi zədələnib - FOTO
06
noy
2022
17:07
Türkiyənin İstanbul şəhərində Kiçik Çamlıca Televiziya və Radio Qülləsi zədələnib.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, təmir işlərinin aparıldığı Qüllədə qaldırıcı krandan parçalar düşüb. Hadisə Qüllənin çöl hissəsinin zədələnməsinə səbəb olub.
Bildirilib ki, çöl səthindəki zədə təmir olunmayana qədər Qüllə ziyarətçiləri qəbul etməyəcək.
Qeyd edək ki, tikintisinə 2015-ci ilin oktyabr ayında başlanan Çamlıca Qülləsi 29 may 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə istifadəyə verilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin sifariş etdiyi “Togg” avtomobilinin XÜSUSİYYƏTLƏRİ
Bir neçə gün bundan öncə təqdimatı edilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti İlham Əliy...