Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib - FOTO

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib - FOTO
Siyasət 41

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, nazir bu barədə öz tviter hesabında yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyədə daş kömür mədənindəki partlayışda ölənlərin sayı 28 nəfərə çatıb.

Son xəbərlər