Ceyhun Bayramov: TRIPP layihəsi region üçün birinci dərəcəli əhəmiyyətə malikdir
"Tramp Marşrutu" (TRIPP - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi) layihəsinin vaxtında həyata keçirilməsi Cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.
C.Bayramov vurğulayıb ki, bu multimodal marşrut dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə edəcək.
"TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməli, həmçinin Ermənistan üçün fayda gətirməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılması (regionda - red.) yalnız Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlığının təmin edilməsi ilə məhdudlaşmır, həm də daha böyük miqyasda əhəmiyyətli faydalar gətirir", - Azərbaycan XİN başçısı bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlən...