Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd edilib ki, nazirlər arasındakı telefon danışığı zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələlərindən danışılıb.
Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış məras...