Ceyhun Bayramov Monteneqronun XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbərinin “X” hesabında məlumat verilib.
Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
“İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi daxil olmaqla potensial əməkdaşlıq sahələrini müzakirə etdik. Azərbaycanın regionda sülhün bərqərar olması, yenidənqurma və reinteqrasiya istiqamətində göstərdiyi səylər barədə məlumat verildi”, - deyə C.Bayramovun paylaşımında vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...