Ceyhun Bayramov Kiyevdə Sibiqa ilə danışıqları məhsuldar adlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından məhsuldar adlandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirərək, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair məhsuldar danışıqlar apardıq", - C.Bayramov vurğulayıb.
Bundan əlavə, nazirlər aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bağlayır", - Azərbaycanın XİN başçısı qeyd edib.
Oxşar xəbərlər
BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. BAKU.WS xəbər verir ki, Prezident İl...