Ceyhun Bayramov gürcüstanlı həmkarını təbrik edib
30
dek
2020
21:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkalianiyə yenidən bu ölkənin XİN başçısı seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
"2020-ci ilin sonunda mən sizə və gürcü xalqına səmimi təbriklərimi çatdırır, 2021-ci ilin uğurlu olmasını diləyirəm. Əminəm ki, ölkələrimiz arasında səmimi münasibətlər qarşıdakı illərdə daha da güclənəcək", - deyə məktubda qeyd olunub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...