Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüş çərçivəsində nazir Ceyhun Bayramov İƏT-in sonuncu Aşqabad Sammitinin nəticələrini yüksək qiymətləndirib.
Nazir Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyini və qurumun ölkəmizdə iki ixtisaslaşmış təşkilatının yerləşdiyini vurğulayıb. Təşkilatın yaşıl enerji üzrə mərkəzinin Azərbaycanda yaradılması və bununla əlaqədar, mərkəzin nizamnaməsinin üzv dövlətlər tərəfindən imzalanması və mərkəzin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Aşqabad Sammitindən irəli gələn məsələlərin həlli, xüsusilə İƏT çərçivəsində iqtisadi, nəqliyyat bağlılığı, eyni zamanda enerji sahəsində əməkdaşlığın vacibliyini və bu məsələlərin Azərbaycan üçün də prioritet olduğunu nəzərə alaraq ölkəmizin sözügedən istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verdiyini diqqətə çatdırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycanın təşkilatla əməkdaşlığa verdiyi töhfəni qeyd edərək, İƏT Katibliyinə Azərbaycan diplomatlarının ezam edilməsini yüksək qiymətlədirildiyini ifadə edib. O, eyni zamanda enerji və iqtisadi bağlılıq məsələlərinin İƏT-in gündəliyində duran əsas məsələlər olduğunu, Azərbaycanın bu sahələrdə rolunun vacibliyinin vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...