Ceyhun Bayramov Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatları barədə Toivo Klaarı məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 16-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov son zamanlar Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya isriqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...