Ceyhun Bayramov: Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:
"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...