Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ermənistanla danışıqlara həmişə açıqdır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - Bayramov bildirib.
Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Şarl Mişel birgə mətbuat konfransı keçirib - VİDEO - YENİLƏNİB
İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbu...