Ceyhun Bayramov BMT TŞ-da yüksək səviyyəli iclasda çıxış edəcək

Ceyhun Bayramov BMT TŞ-da yüksək səviyyəli iclasda çıxış edəcək
Foto
Siyasət 6

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, səfər çərçivəsində 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər