Ceyhun Bayramov Belqradda Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Serbiya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş yerli vaxtla saat 11:30-da Serbiya Prezidentinin Baş Katibliyi binasında keçiriləcək.
Səfər çərçivəsində C.Bayramovun Serbiya səfirlərinin konfransında çıxışı, həmçinin xarici işlər naziri (XİN) Marko Curiç və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.
İkigünlük konfrans zamanı iştirakçılar dünyada cari geosiyasi vəziyyəti, Serbiyanın Avropa inteqrasiyası prosesini, regional problemləri və digər mövzuları müzakirə edəcəklər.
Konfransı Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Azərbaycan və Serbiyanın XİN başçılarının açacağı gözlənilir.
Konfrans çərçivəsində Serbiyanın Avropa inteqrasiyası naziri Tanya Mişçeviçin çıxış edəcəyi "Avropa inteqrasiyası məsələləri" mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Səfirlər konfransının birinci gününü Serbiya Baş naziri Miloş Vuçeviç bağlayacaq.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb
Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb. BAKU.W...
