Ceyhun Bayramov: Azərbaycan, İordaniya və Türkiyənin ortaq layihələr reallaşdırmaq potensialları var
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla İordaniyanın qardaş Türkiyə ilə birlikdə ortaq layihələrin reallaşdırılması potensialı var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi münasibətləri var:
"Orta Dəhlizin son illərdə artan əhəmiyyətinin şahidi oluruq. Azərbaycanın bilavasitə iştirakı ilə Xəzər hövzəsindən enerji resurslarının dünya bazarına çıxarılması təmin olunur. Həmçinin yeni regional mühit kontekstində Yaxın Şərq ölkələri, Aralıq dənizi ölkələri də yeni marşrutları inkişaf etdirirlər".
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...