Ceyhun Bayramov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Bu gün "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik", - məlumatda qeyd edilib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da hadisə ilə bağlı paylaşım edərək başsağlığı ifadə edib.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbərini ürək ağrısı və kədər hissi ilə qarşıladıq.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) December 25, 2024
Qəza zamanı faciəli şəkildə həlak olan şəxslərin, həmvətənlərimizin ailələrinə dərin hüznlə baş sağlığı verir, onlara Allahdan…
Oxşar xəbərlər
Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və M...