Cem Yılmazdan bilet qiymətini tənqid edənlərə REAKSİYA

Son zamanlar çəkildiyi film və seriallarla gündəmdən düşməyən Cem Yılmaz "stand up" şousuna biletlərin baha olduğunu bildirənlərə reaksiya verib.
BAKU.WS Türiyə KİV-ə istinadən xəbər verir ki, Cem "CMXXIV" adlı şousu üçün satılan biletlərin qiymətinin baha deyil, normal olduğunu qeyd edib.
O bu söhbətə görə narahat edilmək istəmədiyini vurğulayıb:
"Mən yenə də sizə üzərimə düşən xəbərdarlığı edim:Əziz dostlar İstanbulda bir "stand up" şouya bilet neçədirsə mənim də şouma biletlərin qiyməti o qədərdir. 30 il oldu. İllərdir "qara bazar var, xahiş edirəm, almayın, etməyin, saxta biletlər olar" desəm də heç kim bunu vecinə almır. Buna nəzarət etmək, qadağan etmək mənim işim deyil. Ona görə də, tək seçimim "stand up" şou etməməkdir. Biletlərə görə məni narahat etməyin".

Oxşar xəbərlər
Zaferdən Cem Yılmaza: "Mən biletə bu qədər pul verərəm, Cemə fəda olsun"
Türkiyəli aktyor Zafer Algöz həmkarı Cem Yılmazın konsertinə biletlərin bahalığından şikayət edənlərə cavab verib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir...